Yuxarı

Bakıda "Kolumbiya - vəhşi magiya" filminin təqdimatı keçiriləcək

Təqdimatda Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qallindo da iştirak edəcək

Bakı. 18 aprel. REPORT.AZ/ Aprelin 21-də Bakıda Kolumbiya filmi gecəsi keçiriləcək.

Kolumbiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir "ADA" Universitetində baş tutacaq.

Tamaşaçılara "Kolumbiya - vəhşi magiya" (Colombia - Magia Salvaje) filmi təqdim olunacaq. Film bu ölkənin təbii gözəllikləri və təzadlı görüntülərinə həsr olunub.

Təqdimatda Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qallindo da iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi