Bakıda İndoneziya Mədəniyyəti günləri keçiriləcək

Mədəniyyət siyasəti
  • 05 oktyabr, 2016
  • 11:50
Bakıda İndoneziya Mədəniyyəti günləri keçiriləcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda İndoneziya Mədəniyyəti günləri keçiriləcək.

İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir noyabrın 19-20-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Tədbirdə bu ölkənin mədəniyyət nümunələri, o cümlədən 15-20 müxtəlif əyalətin musiqi və rəqsləri nümayiş olunacaq.

Eyni zamanda, tədbirə qatılan əyalətlərin iş adamları da Azərbaycana gələcək. Onlar ölkəmizlə əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.