Bakıda Hindistan Film Festivalı keçiriləcək

Bakıda Hindistan Film Festivalı keçiriləcək Hindistanın Azərbaycandakı səfirliyi iyulun 23-dən 29-dək Bakıda Hindistan Film Festivalı təşkil edəcək.
Mədəniyyət siyasəti
17 İyul , 2019 10:18
Bakıda Hindistan Film Festivalı keçiriləcək

Hindistanın Azərbaycandakı səfirliyi iyulun 23-dən 29-dək Bakıda Hindistan Film Festivalı təşkil edəcək.

Bu barədə "Report" diplomatik nümayəndəliyin məlumatına istinadən xəbər verir.

Hind filmlərinin nümayişi Bakıda Gənclər Mərkəzində hər gün keçiriləcək.

İlk filmin nümayişində Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna da iştirak edəcək.

Qeyd edək ki, festivalda iştirak ödənişsizdir.

Son xəbərlər

Orphus sistemi