Bakıda Frida Kalo və Dieqo Riveraya həsr olunan fotosərgi keçiriləcək

Bakıda Frida Kalo və Dieqo Riveraya həsr olunan fotosərgi keçiriləcək Fotosərgidə iki məşhur rəssamın sevgi və yaradıcılıq həyatının tarixini əks etdirən fotolar nümayiş etdiriləcək
Mədəniyyət siyasəti
4 İyul , 2017 10:02
Bakıda Frida Kalo və Dieqo Riveraya həsr olunan fotosərgi keçiriləcək

Bakı. 4 iyul. REPORT.AZ/ Bakıda XX əsrin iki dünya şöhrətli meksikalı rəssamı - Frida Kalo və Dieqo Riveraya həsr olunan fotosərgi keçiriləcək.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, "Yol ortasında gülüş" adlı sərgi iyulun 6-da Landmarkda keçiriləcək.

Fotosərgidə iki məşhur rəssamın sevgi və yaradıcılıq həyatının tarixini əks etdirən fotolar nümayiş etdiriləcək.