Bakı. 4 aprel. REPORT.AZ/ Bakıda aprelin 5-dən 15-dək Fransa Qastronomiya Günləri festivalı "Goût de / Good France - 2017" keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfir Aureliya Buşe məlumat verib.
Oxşar tədbirlər dünyanın bir sıra ölkəsində, o cümlədən Azərbaycanda üçüncü dəfədir keçirilir və Fransa mətbəxini təqdim etmək üçün nəzərdə tutulub. Festival 5 qitədə təşkil olunacaq və dünya üzrə 2 mindən çox aşpazı bir araya gətirəcək.
Bu il Bakı sakinləri fransız mətbəxi ilə paytaxtın 5 restoranında tanış olacaqlar.
Ümumiyyətlə, bir sıra ölkələrdə belə kulinariya festivalının keçirilməsi ənənəsinin əsasını 2015-ci ildə Fransanın keçmiş xarici işlər naziri Loran Fabius qoyub.
Xatırladaq ki, Bakıda aprelin 1-dən 22-dək həm də Frankofoniya Günləri keçirilir.