Martın 30-dan aprelin 15-dək Bakıda Frankofoniya Günləri Festivalı keçiriləcək.
“Report” xəbər verir ki, Fransa, Belçika, Mərakeş, İsveçrə, Macarıstan, Moldova, Rumıniya, Yunanıstan, Litva, Latviya, Estoniya, Meksika, Kosta-Rika səfirliklərinin,
“Frankofoniya təkcə fransız dilində danışan insanları tərif etmir, həmçinin mədəni müxtəlifliyi ifadə edən sözdür. Bu il də fransız dili ilə bağlı bir sıra mədəni tədbir keçiririk”, - Aİ-nin Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis mətbuat konfransında bildirib.
Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe də Frankofoniya Həftəsinin martın 30-da Muğam Mərkəzində İsveçrə səfirliyi tərəfindən təşkil olunacaq konsertlə başlayacağını diqqətə çatdırıb.
Festivalın sonunda - aprelin 15-də “Landmark” mehmanxanasında Fransanın “Nathalie National” orkestrinin konserti keçiriləcək.