Bakıda alman rəssam Otto Holtun sərgisi açılıb
Mədəniyyət siyasəti
- 25 may, 2022
- 09:18
Bakıda Almaniya səfirliyinin təşkilatçılığı ilə keçirilən “Otto Holt – 1920-ci illərin əvvəllərində müharibədən sonrakı təsviri incəsənət” sərgisinin açılış mərasimi olub.
“Report” xəbər verir ki, açılış mərasimində Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq iştirak edib.
Onun sözlərinə görə, alman rəssam, heykəltəraş və keramika ustası Otto Holtun yaradıcılığının çiçəklənmə dövrü çox çətin vaxta təsadüf etsə də, rəssam dövrünün reallıqlarını öz rəsmlərində əks etdirə bilib.
“Bugünkü sərgi Birinci Dünya müharibəsinin çətinliklərini və onun fəsadlarını nümayiş etdirir. Holtun rəsmləri çox məşhurdur və bütün Almaniyada nümayiş olunur”, - səfir deyib.
İyunun 9-dək davam edəcək sərgidə Otto Holtun 50-dək əsəri nümayiş olunur.
Son xəbərlər
14:27
Azad olunan ərazilərdə ötən həftə 385 hektar ərazi minalardan təmizlənib
Digər14:24
Terrorçuluq barədə yalan məlumat verməkdə ittiham edilən şəxsə hökm oxunub
Hadisə14:23
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
Xarici siyasət14:22
"Mançester Siti" yayda ingiltərəli futbolçunu transfer etmək istəyir
Futbol14:20
Keçən il Azərbaycanda baş verən avtoqəzaların sayı 12,3 % azalıb
Hadisə14:19
Lukaşenko Qəzza üzrə Sülh Şurasının işində iştirak etməyə hazır olduğunu bildirib
Digər ölkələr14:18
Zelenski: Putini öpüş və güllərlə dayandırmaq olmaz
Digər ölkələr14:18
Foto
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
Digər14:17