Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub

Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub Noyabrın 24-də İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Abdullah Ğoşeh Bakı Kitab Mərkəzini ziyarət edib.
Mədəniyyət siyasəti
24 Noyabr , 2020 18:45
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub

Noyabrın 24-də İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Abdullah Ğoşeh Bakı Kitab Mərkəzini ziyarət edib.

Mərkəzdən "Report"a verilən məlumata görə, görüşdə Bakı Kitab Mərkəzi ilə səfirlik arasındakı əməkdaşlıq əlaqələrindən danışılıb, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Həmçinin görüş çərçivəsində İordaniya səfirliyi adından bu ölkənin mədəniyyətinə, tarixinə və siyasətinə həsr olunmuş 100-dən çox ərəb dilində kitab mərkəzə hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi