Bakı. 11 mart. REPORT.AZ/ Martın 11-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordeninin təqdim edilməsi mərasimi olub.
"Report" xəbər verir ki, mərasim dövlət başçılarının mətbuata bəyanatlarından sonra həyata keçirilib.