Azərbaycanda “Sanco Çərpələng yarışı” keçiriləcək

Azərbaycanda “Sanco Çərpələng yarışı” keçiriləcək Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar “Yaponiya-Azərbaycan Dostluq İli” tədbirləri çərçivəsində Bakıda və Lənkəranda çərpələng yarışları keçiriləcək.
Mədəniyyət siyasəti
21 İyul , 2022 14:12
Azərbaycanda “Sanco Çərpələng yarışı” keçiriləcək

Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar “Yaponiya-Azərbaycan Dostluq İli” tədbirləri çərçivəsində Bakıda və Lənkəranda çərpələng yarışları keçiriləcək.

“Report” Yaponiyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, tədbir iyulun 23-də Lənkəran Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda, iyulun 24-də isə Bakıda Dənizkənarı Milli Parkda təşkil ediləcək.

Bu məqsədlə Yaponiyadan 11 çərpələng ustası dəvət olunub. Yarış “Sanjo Kite Race” formatında keçiriləcək.

Çərpələng yarışında hər birində 5 nəfər olmaqla 2 komanda iştirak edəcək. İştirakçılar rəqibin çərpələngini yerə düşürtmək üçün mübarizə aparacaqlar.

Yarış üçün istifadə olunan çərpələnglər altıbucaqlıdır və bu, Sanco şəhərinin özünəməxsus atributudur. Hətta onların az küləkli şəraitdə belə səmada uçurdulması mümkündür və idarəsi rahatdır.

İngilis versiyası Baku to host Sanjo Kite Race

Son xəbərlər

Orphus sistemi