Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək

    Tədbir Azərbaycan və Rusiya arasında mədəniyyət və kinematoqrafiya sahəsində ikitərəfli əlaqələrin dərinləşməsinə yönəlib

    Bakı. 19 sentyabr. REPORT.AZ/ Oktyabrın 1-dən 7-dək Bakıda "Azərbaycanda Rusiya filmləri həftəsi" keçiriləcək. "Report" Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir Rusiya Mədəniyyət Nazirliyi və "Kinofest" prodüser mərkəzi tərəfindən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

    Tədbir Azərbaycanla Rusiya arasında mədəniyyət və kinematoqrafiya sahəsində ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə yönəlib.

    Film həftəsinin təntənəli açılış mərasimi və filmlərin nümayişi "Nizami" Kino Mərkəzində oktyabrın 1-dən 7-dək keçiriləcək. Açılış mərasimində Rusiya kinematoqrafçılarının nümayəndə heyəti iştirak edəcək.

    Film həftəsində nümayiş olunacaq proqrama müxtəlif janrda olan müasir rus kinofilmləri daxildir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi