Azərbaycanda Mədəniyyət strategiyasının hazırlanması təklif olunur

Azərbaycanda Mədəniyyət strategiyasının hazırlanması təklif olunur “Mədəniyyət sahəsi strateji bir sahədir. Biz bu sahədə fəaliyyətimizi daha da genişləndirməliyik”.
Mədəniyyət siyasəti
17 Sentyabr , 2020 15:26
Azərbaycanda Mədəniyyət strategiyasının hazırlanması təklif olunur
Anar Kərimov

“Mədəniyyət sahəsi strateji bir sahədir. Biz bu sahədə fəaliyyətimizi daha da genişləndirməliyik”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, Azərbaycanda Mədəniyyət strategiyası hazırlanmalıdır: “Cənab Prezidentin qarşımıza qoyduğu vəzifələrdən sonra Mədəniyyət Nazirliyində və tabeliyində olan qurumlarda vəziyyəti öyrənən, araşdıran zaman müəyyən problemlər aşkar olundu və həll yolları axtarıldı. Bu proses hələ də davam edir”.

Son xəbərlər

Orphus sistemi