Azərbaycanda dublyaj problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

Azərbaycanda dublyaj problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA Filmlər tərcümə olunarkən bədii dillə adi danışıq dili səhv salınır və gülüş hədəfinə çevrilən tərcümə meydana gəlir
Mədəniyyət siyasəti
22 Avqust , 2018 14:41
Azərbaycanda dublyaj problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA
0 : 00
0 : 00

Bakı. 22 avqust. REPORT.AZ/ Ölkədə dublyaj olunan filmlərin aşağı keyfiyyəti çox insanı narazı salır. Tamaşaçı filmlərin tərcümə-redaktəsindən, sinxron səslənmədəki uyğunsuzluqlardan, aktyor seçimində buraxılan səhvlərdən narahat olur. Televiziyaların böyük izləyici auditoriyasını itirməsinin əsas səbəbi qeyri-peşəkar dublyaja bağlıdır.

“Report” problemi araşdırmaq üçün bu sahədə fəaliyyət göstərən mütəxəssislərə müraciət edib.

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Elxan Rza bildirib ki, artıq televiziyalarda fəaliyyət göstərən dublyaj studiyalarında çalışmır: 

“Bəzən kinoteatrlar üçün özəl şirkətlərin dəvəti ilə film səsləndirirəm. Televiziyada film bir günə dublyaj olunur, səs rejissoru çox zaman səsi düzgün tənzimləyə bilmir və qeyri-peşəkarlar bu sahədə üstünlük təşkil edir. Bir çox ölkədə dünyaca məşhur aktyorun filmini yalnız bir nəfərin səsi ilə tamaşaçıya təqdim edirlər. Bizdə isə hətta tanınmış kino ulduzunun səsini fərqli–fərqli insanlar dublyaj edir. Problemin həllini isə vahid dublyaj studiyasının yaradılmasında görürəm”

Elxan Rza

“Bəzən kinoteatrlar üçün özəl şirkətlərin dəvəti ilə film səsləndirirəm. Televiziyada film bir günə dublyaj olunur, səs rejissoru çox zaman səsi düzgün tənzimləyə bilmir və qeyri-peşəkarlar bu sahədə üstünlük təşkil edir. Bir çox ölkədə dünyaca məşhur akt

Dalğa televiziyasının dublyaj studiyasında tərcüməçi-redaktor kimi çalışan Aytən Nəsirli deyir ki, filmlər tərcümə olunarkən bədii dillə adi danışıq dili səhv salınır və gülüş hədəfinə çevrilən tərcümə meydana gəlir: 

“Əlbəttə filmlərin dilimizə tərcümə olunmasında dublyajı ayrı-ayrı kanalların öhdəsinə buraxmaq düzgün deyil. Onunla mütəxəssis işləməli, bu sahəyə böyük maliyyə ayrılmalıdır. Universitetlərdə film tərcüməsi sahəsində fənn keçirilsə, filmlərdəki qeyri-peşəkar tərcümələrin qarşısı alınsa, bu halda dilimizin inkişafı üçün daha bir addım atmış olarıq”

Aytən Nəsirli

“Əlbəttə filmlərin dilimizə tərcümə olunmasında dublyajı ayrı-ayrı kanalların öhdəsinə buraxmaq düzgün deyil. Onunla mütəxəssis işləməli, bu sahəyə böyük maliyyə ayrılmalıdır. Universitetlərdə film tərcüməsi sahəsində fənn keçirilsə, filmlərdəki qeyri-peş

İctimai Televiziyanın Kino dublyaj departamentinin böyük redaktoru İmran Bədirxanlı dublyaj olunan filmlərdə tərcümə probleminin həlli üçün qeyd edib ki, bərbad dublyaj olunan filmlə, efirdə səsləndirilən hansısa kobud cümlə, yaxud sözlə bağlı irad bildirmək üçün ciddi monitorinq aparılmalı, hansı telekanalda tərcümə-dil qüsurlarının daha çox olduğu müəyyənləşməlidir.

“Dublyaja peşəkarların cəlb edilməsində yaşanan problemin bir səbəbi də Azərbaycanda hər telekanalın özünün dublyaj studiyasının fəaliyyət göstərməsidir. Bədii, sənədli, cizgi filmlərinin mərkəzləşdirilmiş qaydada, peşəkar səviyyədə dublyajına ehtiyac var. Nazirlər Kabinetinin nəzdində Tərcümə Mərkəzi fəaliyyət göstərir. Tərcümə Mərkəzində kino-dublyajla məşğul olan ayrıca bir şöbə, redaksiya yaradılsa, bütün telekanallar həmin şöbə ilə rahat işləyə bilər. Düşünürəm ki, bu yolla dublyajdakı tərcümə və səsləndirmə qüsurlarını aradan qaldırmaq mümkündür. Onda iradlar da konkret bir ünvana yönələr”.

İmran Bədirxanlı

“Dublyaja peşəkarların cəlb edilməsində yaşanan problemin bir səbəbi də Azərbaycanda hər telekanalın özünün dublyaj studiyasının fəaliyyət göstərməsidir. Bədii, sənədli, cizgi filmlərinin mərkəzləşdirilmiş qaydada, peşəkar səviyyədə dublyajına ehtiyac var

Dalğa TV-nin dublyaj studiyasının səs rejissoru Müşfiq Vaqif İsgəndərli bildirib ki, Azərbaycanda aktyor dublyajda iştirak etdiyi bir film üçün 25 manat və ya hər səs dəqiqəsi üçün 1 manat ayrılır: 

“Səs rejissoru, tərcüməçi və redaktorları bir kənara qoyuram, bu məvacib heç aktyorun əziyyətinə dəymir. Ona görə də o, filmi həvəssiz səsləndirir. Maddi vəsaitin çatışmazlığı səbəbindən filmə cəmi 3-4 aktyor cəlb edilir. Rusiya, Türkiyə və digər ölkələrdə hətta qapıçı kimi epizodik obrazları da ayrıca səsləndirən insan var. Hər birinə lazımi vəsait ayrılır.

Dünyanın heç bir ölkəsində bir filmin dublyajına cəmi 4 aktyor cəlb olunmaz. Təsəvvür edin, kimsə birisi 7-8 obrazı səsləndirir, üstəlik, film bir günə yazılmalıdır. Daha sonra tələb olunan texniki tədbirlər də elə bir günə həll olmalıdır. Texniki işlərə bir nəfər baxır. Ona görə də keyfiyyət aşağı düşür. Buna səbəb kadr çatışmazlığı yox, maddi vəsaitin az olmasıdır”.

Müşfiq Vaqif İsgəndərli

“Səs rejissoru, tərcüməçi və redaktorları bir kənara qoyuram, bu məvacib heç aktyorun əziyyətinə dəymir. Ona görə də o, filmi həvəssiz səsləndirir. Maddi vəsaitin çatışmazlığı səbəbindən filmə cəmi 3-4 aktyor cəlb edilir. Rusiya, Türkiyə və digər ölkələrd

Müşfiq Vaqif İsgəndərli bu günə qədər Azərbaycanda peşəkar səviyyədə dublyaj olunan yeganə filmin “Həzrəti Yusif” serialı olduğunu qeyd edib.

Nigar Adil

Son xəbərlər

Orphus sistemi