Azərbaycan və İran bəstəkarları birgə dostluq simfoniyası bəstələyəcəklər

Azərbaycan və İran bəstəkarları birgə dostluq simfoniyası bəstələyəcəklər Gələn ay iki ölkənin musiqiçiləri arasında görüş keçiriləcək
Mədəniyyət siyasəti
103
4 Avqust , 2015 18:31
Azərbaycan və İran bəstəkarları birgə dostluq simfoniyası bəstələyəcəklər

Bakı. 4 avqust. REPORT.AZ/ İran və Azərbaycan musiqiçiləri iki ölkənin dostluğunu təbliği üçün birgə simfoniya bəstələyəcəklər.

"Report"un "Tehran Times" qəzetinə istinadən verdiyi xəbərə görə, musiqiçilərin bir aydan sonra görüşməsi planlaşdırılır.

İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin Ərdəbil üzrə Departamentinin rəhbəri Nəsir İshaqi bildirib ki, iranlı musiqiçilər simfoniyanı Azərbaycan dövlət simfonik orkestri ilə birgə bəstələyəcəklər: "İran milli orkestrin dirijoru Fərhad Fəxrəddini və şair Əsgər Şəhizadə Ərdəbili azərbaycanlı həmkərları ilə görüşdə bu məsələni müzakirə edəcəklər. Bəstələnəcək simfoniya İranla Azərbaycan arasında dostluq əlaqələrini gücləndirəcək və iki ölkə arasında oxşarlıqlarını vurğulayacaq".

Son xəbərlər

Orphus sistemi