Azərbaycan Qarabağ atları ilə Vindzorda Kral At Şousunda çıxış edəcək
Mədəniyyət siyasəti
- 19 aprel, 2018
- 07:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Atçılıq Federasiyanın nümayəndələri Böyük Britaniyada Vindzor Kral At Şousunun 75 illiyi ilə əlaqədar keçiriləcək tədbirdə "Odlar Yurdu - Azərbaycan" xüsusi şousu ilə çıxış edəcəklər.
"Report" Britaniya KİV-inə istinadən xəbər verir ki, mayın 9-13-də keçiriləcək yubiley təqdimatı zamanı Azərbaycan atçıları Qarabağ atları ilə müxtəlif akrobatik tryuklar nümayiş etdirəcəklər.
"Qarabağ atlarında olan 10 çapar çətin tryuklar yerinə yetirəcək. Onların çıxışı ənənəvi rəqslər ifa edəcək "Sərhədçi" rəqs ansamblının ifaları, eləcə də möhtəşəm od şousu ilə müşayiət olunacaq", - Böyük Britaniya mətbuatı yazıb.
Qeyd edək ki, çıxış xüsusi olaraq Kral At Şousu üçün hazırlanıb.
Son xəbərlər
20:39
İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır
Region
20:30
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Hadisə
20:07
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Region
20:00
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Maliyyə
19:46
Foto
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Mədəniyyət siyasəti
19:44
"Neftçi" FIBA Avropa Kubokunun qrup mərhələsində dördüncü oyununu keçirib
Komanda
19:42
Bratislavadan Bakıya ilk aviareys yola düşüb
Turizm
19:42
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Mədəniyyət siyasəti
19:31
Famil Xəlilov: Azərbaycan millisi növbəti oyunlarda qələbələr qazanaraq təcrübəsini artıracaq
Futbol