Yuxarı

"Azərbaycan mətbəxi" kitabı mükafat qazanıb

Kitab Dünya Qurman Yemək Kitabı 2014 mükafatına layiq görülüb

Bakı. 10 fevral. REPORT.AZ/ Böyük Britaniyanın "Saqi Books" nəşriyyat evinin Tahir Əmiraslanov və Leyla Rəhmanovanın köməyi ilə hazırlanan "Azərbaycan Mətbəxi" kitabı ən yaxşı Şərqi Avropa Kitabı və ən yaxşı yemək kitabı kateqoriyasında "Dünya Qurman Yemək Kitabı 2014" mükafatını qazanıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Yüzdən artıq dadlı yemək reseptləri ilə zəngin olan Azərbaycan mətbəxi bölgənin ekzotik və müxtəlif ləziz təamları üçün əla başlanğıc hesab olunur.
Qeyd edək ki, əsası 1983-cü ildə Londonda qoyulan "Saqi Books" nəşriyyat evi Şimali Afrika və Yaxın Şərqdə akademik və müxtəlif maraqlara uyğun keyfiyyətli kitablar nəşr edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi