Azərbaycan Malta İncəsənət Festivalında təmsil olunacaq

Mədəniyyət siyasəti
  • 10 oktyabr, 2019
  • 13:05
Azərbaycan Malta İncəsənət Festivalında təmsil olunacaq

Azərbaycan Malta İncəsənət Festivalında təmsil olunacaq. 

"Report"un Fransa bürosu xəbər verir ki, Fransada yaşayan azərbaycanlı rəssam Mehri Quliyeva tədbirdə iştirak edəcək. 

Festival oktyabrın 24-dən noyabrın 5-dək Maltanın Qozo adasında baş tutacaq.

Qeyd edək ki, UNESKO-nun təşəbbüsü ilə 2008-ci ildən etibarən hər il dünyanın müxtəlif bölgələrində keçirilən bu beynəlxalq tədbirin məqsədi rəssamları bir araya gətirməkdə sülh naminə dialoqun inkişafına töhfə verməkdir. Rəssamlar, həmçinin BMT-nin 2015-2030-cu illər üçün davamlı inkişafı proqramının hədəfli məqsədlərini əl işlərində əks etdirəcəklər.

Azərbaycan artıq bir neçə ildir ki, UNESKO-nun təşəbbüsü ilə keçirilən bu beynəlxalq tədbirdə təmsil olunur.

Xatırladaq ki, azərbaycanlı rəssam Mehri Quliyeva müxtəlif rəsm atelyelərində çalışıb və Fransada bir sıra rəsm sərgilərinin iştirakçısı və qalibidir.

44 filmi