Bakı. 12 sentyabr. REPORT.AZ/ Kazanda XIII Beynəlxalq Müsəlman Kinosu Festivalı başa çatıb.
"Report" "Sputnik"ə istinadən xəbər verir ki, festival 27 ölkədən, o cümlədən Rusiya, Tacikistan, Özbəkistan, Qırğızıstan, Suriya, Nepal, Banqladeş və digər ölkələrin rejissorlarını bir araya toplayıb.
Rejissor Dariuş Nəcəfi Gölün Azərbaycan və İranın birgə istehsalı "Səs" qısametrajlı filmi "Ən yaxşı oyun filmi" elan edilib.
Azərbaycandan Teymur Dayminin "Bu sevgi" filmi isə "Ən yaxşı sənədli qısametrajlı film" nominasiyasında seçilib.
"Mən həmişə düşünürdüm ki, əsas olan qələbə deyil, iştirakdır. İndi isə burada durub düşünürəm ki, mükafat almaq da pis deyil", - T. Daymi zarafat edib.
"Ən yaxşı tammetrajlı oyun filmi" nominasiyasında mükafatı türkiyəli rejissor Mustafa Kara "Kalandra soyuğu" filminə görə alıb.
Digər nominasiyalarda Qırğızıstan, İran, Misir və Rusiya filmləri yer alıb.