- Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanda IV Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. "Report"un məlumatına görə, Heydər Əliyev Mərkəzində forumun rəsmi açılış mərasimi olub.
- Forum öz işini dünyanın müxtəlif ölkələrindən siyasi, elmi və mədəniyyət elitasının görkəmli nümayəndələrinin iştirakı ilə 8 dəyirmi masa ilə davam edəcək.
- İştirakçılar "Multikulturalizmin müqayisəli tədqiqləri", "Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri", "İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında", "Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər", "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "Humanizm postmodern dövrün başlıca dəyəri kimi" mövzularında fikir mübadiləsi aparacaq.
- Qeyd edək ki, forum çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdimetmə mərasiminin keçirilməsi də planlaşdırılır.
- Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.
- 2010-cu il Forumunun təşəbbüsçüləri Azərbaycanın prezidenti İlham Əliyev və onun həmkarı, Rusiyanın Prezidenti Dmitri Medvedev olub.
Azərbaycanda IV Bakı Beynəlxalq Humanitar Forumu başlayıb
Mədəniyyət siyasəti
143
2 Oktyabr , 2014
10:02


İngilis versiyası
Azerbaijan hosts IV Baku International Humanitarian Forum
Son xəbərlər
