Aİ səfiri: "Tolerantlıq festivalının keçirilməsi üçün Bakı ən yaxşı şəhərdir"

Aİ səfiri: "Tolerantlıq festivalının keçirilməsi üçün Bakı ən yaxşı şəhərdir" Azərbaycan paytaxtında ilk "IMAGINE Euro Tolerance" festivalının açılışı keçirilib
Mədəniyyət siyasəti
13 Oktyabr , 2017 17:46
Aİ səfiri: Tolerantlıq festivalının keçirilməsi üçün Bakı ən yaxşı şəhərdir

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakıda ilk Avropa tolerantlıq festivalı olan "IMAGİNE Euro Tolerance" festivalının açılışı olub.

"Report" xəbər verir ki, tədbir Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, Azərbaycanda akkreditə olunmuş Aİ-nin üzv dövlətlərinin səfirlikləri tərəfindən təşkil edilib.

Festivalın açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestudis Yankauskasın bildirdiyinə görə, tədbirin məqsədi incəsənətin müxtəlif janrlarında - kino, musiqi, rəqs və s. tolerantlığı nümayiş etdirməkdir.

Səfir qeyd edib ki, festival Roma müqaviləsinin 60 illik yubileyinə həsr olunub və Bakı bu cür tədbirlərin keçirilməsi üçün ən yaxşı yerdir: "Çünki bu şəhər həmişə iki söz - tolerantlıq və müxtəliflik ilə xarakterizə edilib".

Festival zamanı 34 film nümayiş etdiriləcək, Belçika, Latviya, Litva, Polşa, İsrail, eləcə də Azərbaycandan olan məşhur rejissorlar, prodüserlər və aktyorlar ilə görüşlər, məşhur xarici musiqiçilərin 6 konserti keçiriləcək, teatr tamaşaları nümayiş olunacaq.

Festival oktyabrın 20-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi