"Azərbaycanda mütəmadi keçirilən İMAGİNE Avropa Tolerantlıq Festivalı bu il xüsusi əhəmiyyət daşıyacaq".
“Report” xəbər verir ki, bunu
“Builki festival iki səbəbdən məxsusi və maraqlı olacaq. Birincisi, bu il "Şərq Tərəfdaşlığı" proqramının 10 ili tamam olur. İkincisi, Azərbaycanla Aİ arasında yeni sazişin imzalanmasına dair son mərhələdəyik. Nəhayət, hər il may ayında Avropa Günü, Azərbaycanda isə Respublika günü qeyd olunur. Bu bayramları bir yerdə qeyd etmək istərdik”, - diplomat qeyd edib.
Nümayəndəliyin birinci müşaviri Denis Daniilidis isə bildirib ki, sözügedən festival tolerantlığı və mədəniyyətlərarası dialoqu dəstəkləyən bir çox insanın birgə səylərini ifadə edir.
Xatırladaq ki, Aİ-yə üzv ölkələri, habelə Argentina, Kolombiya, Meksika, Moldova, İsrail səfirlikləri tərəfindən təşkil olunan builki festival çərçivəsində tolerantlıq mövzusuna həsr olunan 30-dan artıq bədii və sənədli filmin nümayişi, konsertlər, fotosərgilər, seminar və konfranslar keçiriləcək.