Adil Kərimli: "Mədəniyyət sahəsində olan qanunvericiliyin sistemləşdirilməsinə ciddi ehtiyac var"

Adil Kərimli: "Mədəniyyət sahəsində olan qanunvericiliyin sistemləşdirilməsinə ciddi ehtiyac var" "Mədəniyyət sahəsində olan qanunvericiliyin sistemləşdirilməsinə ciddi ehtiyac var. Çünki burada parakəndəlik mövcuddur".
Mədəniyyət siyasəti
28 Fevral , 2023 11:20
Adil Kərimli: Mədəniyyət sahəsində olan qanunvericiliyin sistemləşdirilməsinə ciddi ehtiyac var

"Mədəniyyət sahəsinə dair qanunvericiliyin sistemləşdirilməsinə ciddi ehtiyac var. Çünki burada parakəndəlik mövcuddur".

“Report” xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli Milli Məclisdə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qeyri-maddi sözü “əllə toxunula bilməyən” mənasını verir: “Bu sözün Azərbaycan ekvalentinə uyğun doğru anlayışı əhatə edən termin tapa bilsək böyük uğur olar. Bununla həm Azərbaycan dilinin inkişaf etdirilməsi, həm də gələcəkdə qanunvericilikdə daha doğru, səlist ifadəsinə zəmin yaratmış olarıq”.

A.Kərimli bildirib ki, bəzən eyni anlayışı ifadə etmək üçün bir neçə termindən istifadə olunur: “Bu da ən ciddi problem yaradan məqamlardan biridir. Cəmiyyət, qanunu tədbiq edən şəxslər, onu oxuyub anlamaq istəyən sadə insanlar üçün bu çox ciddi çaşqınlıq yaradır. Eyni mənada eyni məfhumu ifadə etmək üçün bir neçə terminlərin istifadəsi yanlış yanaşmadır. Taftoloji yanaşmalardan uzaqlaşmağa da ehtiyac var. Mədəniyyət Nazirliyinin mövqeyi budur. Qanun layihəsinin müzakirəsi və gündəmə çıxarılması aktualdır. Ancaq layihənin üzərində işlənilməsinə ehtiyac var”.

Son xəbərlər

Orphus sistemi