"ADA" Universitetində Vyetnam Mədəniyyəti Günü keçirilib

"ADA" Universitetində Vyetnam Mədəniyyəti Günü keçirilib Tələbələr öz ölkələrinin milli mətbəxi, geyimləri, rəqsləri və ənənələrini nümayiş etdirib
Mədəniyyət siyasəti
7 Aprel , 2015 17:15
ADA Universitetində Vyetnam Mədəniyyəti Günü keçirilib

Bakı. 7 aprel. REPORT.AZ/ "ADA" Universitetində Vyetnam Mədəniyyəti Günü keçirilib. "ADA" Universitetindən "Report"a bildiriblər ki, tədbir ali təhsil müəssisəsində təhsil alan xarici tələbələr tərəfindən təşkil olunan ölkə təqdimatı seriyası çərçivəsində keçirilib. 

Məlumata əsasən, universitetdə təhsil alan vyetnamlı tələbələr öz ölkələrinin milli mətbəxi, geyimləri, rəqsləri və ənənələrini nümayiş etdiriblər.

Növbəti təqdimatı Qırğız Respublikası və Rusiyadan olan tələbələr keçirəcək. 

Son xəbərlər

Orphus sistemi