Yuxarı

ABŞ-ın məşhur musiqi qrupu Azərbaycanda konsert verəcək

“Mary McBride” qrupu konsertlər verəcək və bir sıra ustad dərsləri keçəcəklər

Bakı. 16 sentyabr. REPORT.AZ/  Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Amerikanın məşhur “Mary McBride ” qrupunun ABŞ Dövlət Departamentinin Mədəniyyət Elçiləri proqramı çərçivəsində Azərbaycana səfərini təşkil edib. Səfirlikdən Report-a verilən məlumata görə, səfər sentyabrın 25-dək davam edəcək.

Meri özünün “No One’s Gonna Love You like Me” ("Səni heç kəs mənim kimi sevməyəcək") adlı mahnısının Akademiya mükafatını almış “Brokeback Mountain-Qozbel Dağ” filmində ifasına görə qalib elan olunub və Elton Con tərəfindən onun 35 illiyinə həsr edilmiş “Goodbye Yellow Brick Road”adlı konsertində ifa etmək üçün seçilib.

Meri “Home Tour” adlı tur təsisçisidir. O, bu tur çərçivəsində canlı musiqidən məhrum olan insanların evlərində musiqi konsertləri təşkil edir. Bu tur ABŞ-ın hər yerində və xaricdə “insanların ev saydığı yerlərdə” olub və bura sağlamlığa qayğı mərkəzləri, kimsəsiz evləri, uşaq evləri, həbsxanalar, yaşayış icmaları, HİV/QİÇS-ə yoluxmuş insanlar üçün fəaliyyət göstərən evlər və s. daxildir.

Meri Mak Brayd qrupu, Amerika Birləşmiş Ştatları səfirliyinin sponsorluğu ilə Azərbaycanda ikinci dəfə çıxış edəcəklər.

Qrup Azərbaycanın Xaçmaz, Qusar, Quba, Bakı, Lənkəran, Salyan və Naxçıvan şəhərlərində ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün bir sıra ustad dərsləri keçəcək.

Qrupun bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi