Yuxarı

Zəlzələ Yeni Zelandiyanın böyük adalarını yaxınlaşdırıb

Zəlzələ Yeni Zelandiyanın böyük adalarını yaxınlaşdırıb
© The Grid

Bakı. 24 noyabr. REPORT.AZ/ Yeni Zelandiyanın Şimal və Cənub adaları yaxınlaşıblar.

“Report” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu, 2016-cı ildə ölkə ərazisində baş verən zəlzələlərdən sonra qeydə alınıb.

Belə ki, Cənub adasının şimal-şərq hissəsində yerləşən Keyp Kempbell şəhəri Şimal adsının cənub sahilində yerləşən paytaxt Vellinqtona 35 santimetr yaxınlaşıb. Bununla yanaşı, 7,8 maqnitudalı yeraltı təkandan sonra Cənub adasındakı Kaykoura şəhəri yaxınlığında dəniz səviyyəsinin 2 metrədək aşağı düşdüyü də bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi