Yüz otuz həyat yoldaşı olan nigeriyalı din xadimi vəfat edib

Yüz otuz həyat yoldaşı olan nigeriyalı din xadimi vəfat edib Məhəmməd Bello Abubakar 93 yaşında evində keçinib
Maraqlı
30 Yanvar , 2017 17:47
Yüz otuz həyat yoldaşı olan nigeriyalı din xadimi vəfat edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Nigeriyada keçmiş İslam din xadimi, Masaba ata kimi tanınan və 130 həyat yoldaşı olan vaiz Məhəmməd Bello Abubakar 93 yaşında vəfat edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, M.B.Abubakar yanvarın 28-də öz evində keçinib. O, bazar günü torpağa tapşırılıb və mərasimə böyük izdiham toplanıb.

"Nigeria`s Daily Trust" qəzetinin məlumatına görə, 2008-ci ildə M.B.Abubakar mediada tanınan zaman onun 86 həyat yoldaşı var idisə, ölən zaman həyat yoldaşlarının sayı artıq 130 olub. Qəzet din xadiminin 203 övladının olduğunu da yazıb.

M.B.Abubakarın 2008-ci ildə 170 uşağı olub.

Son xəbərlər

Orphus sistemi