Yuxarı

​Yeni il gecəsi Fransada 800-dən çox maşın yandırılıb

Yanğınlar xuliqanlar tərəfindən törədilib

Bakı. 2 yanvar. REPORT.AZ/ Yeni il gecəsi ərzində Fransada xuliqanlar tərəfindən 804 maşın yandırılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Bernar Kaznev məlumat verib.

Onun sözlərinə görə, bu, ötən ilin analoji dövrü ərzindəkindən 14,5% azdır. O zaman 940 avtomobil yandırılmışdı.

Bununla belə yaxalanan xuliqanların sayı iki dəfə artaraq 622 nəfərə çatıb. Tutulanlardan 368 nəfəri müvəqqəti həbs altına alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi