Yuxarı
    Bağlamaq

    Yaponiyada pişiklər üçün mebel kolleksiyası hazırlanıb

    Bakı. 4 aprel. REPORT.AZ/ Yaponiyanın "Craftsman Made" şirkəti Fukuoka prefekturasının mebel sənayesini canlandırmaq qərarına gəlib.

    "Report" xarici mətbuata istinadən xəbər verir ki, cəmiyyətin pişiklərə, həmçinin ev heyvanlarına sevgisinə yaxından bələd olan şirkət öz ustalarının gücünü pişiklər üçün kiçik mebellərin istehsalına yönəldib.

    Lakin bunlar adi evciklər və platformalar deyil. Xüsusi ağacdan istehsal edilmiş bu zərif mebel tam ölçülü modellərin dəqiq azaldılmış surətidir.

    Yüksək keyfiyyətli pişik mebeli istehsalçının saytında əldə etmək mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi