Yuxarı

​Yaponiyada GPS-li ayaqqabılar satışa çıxarılıb

Məhsul yaddaş pozğunluğu olan qocalar və uşaqlar üçün faydalı olacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ Yaponiyada GPS-li ayaqqabılar satışa çıxarılıb.

"Report" xəbər verir ki, sistem real vaxt rejimində ayaqqabı sahibinin harada olduğunu smartfon və ya kompüterin ekranında izləmək imkanı verir.

"Tracker" ayaqqabının dabınana quraşdırılıb. Ayaqqabı sahibini həm onun valideynləri və tanışları, həm də tibb müəssisələrinin əməkdaşları izləyə biləcəklər. İstehsalçı hesab edir ki, bu məhsul yaddaş pozğunluğundan əziyyət çəkən qoca və uşaqlar üçün faydalı olacaq, çünki məhz onlar yollarını aza bilərlər.

Bu kəşfə qədər Yaponiyada xüsusi medalyonlardan istifadə olunurdu, lakin yaşlı insanlar onu tez-tez evdə unudurdular.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi