Yuxarı

Xorvatiyada polis 81 yaşlı qocanın evində silah arsenalı aşkarlayıb

​Xorvatiyada polis 81 yaşlı qocanın evində silah arsenalı aşkarlayıb
​Xorvatiyada polis əməkdaşları 81 yaşlı sakinin evində silah arsenalı aşkarlayıb

Xorvatiyada polis əməkdaşları 81 yaşlı qocanın evində xeyli miqdarda silah-sursat aşkarlayıb.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Belovar şəhərində baş verib.

Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 81 yaşlı sakindən polisə 40 yaşlı qadın şikayət edib. Qadın bildirib ki, qoca dəfələrlə onun evinə zəng edib və mənzilinə soxulmaq istəyib.

Polisin qocanın evində apardığı axtarış zamanı mənzildən 1 ədəd əl qumbaraatanı, 15 əl qumbarası, 20 millimetr kalibrli 3 mərmi, 2 ədəd avtomat, 2 ədəd yarımavtomat silahı, 1 ədəd tüfəng, 1 ədəd kiçik kalibrli tüfəng, 10 ədəd tapança, 8986 ədəd müxtəlif kalibrli patronlar, habelə digər tüfəng və atıcı silah növləri aşkarlanıb.

Silahların qanunsuz saxlanıldığı məlum olub və onların hamısı müsadirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi