Yuxarı

​Uruqvay prezidenti təyyarədə sərnişini boğulmadan xilas edib

Qız yediyi yerfındığına allerqik reaksiya səbəbindən boğulmağa başlayıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Həkim-onkoloq işləyən Uruqvay prezidenti Tabare Vaskes Fransa reysi zamanı xanım sərnişini boğulmadan xilas edib.

"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Onların məlumatına görə, qız minməmişdən əvvəl təsadüfən yediyi yerfındığına verdiyi kəskin allerqik reaksiya səbəbindən boğulmağa başlayıb. Vaskes öz şəxsi həkimi ilə birgə qıza lazımi yardımı göstəriblər.

Onların müdaxiləsi sayəsində təyyarəni təcili endirmək tələb olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi