Ukraynanın Hindistandakı səfiri selfi çəkərkən telefonunu oğurlayıblar

Ukraynanın Hindistandakı səfiri selfi çəkərkən telefonunu oğurlayıblar Diplomat polisə oğruları təsvir edib
Maraqlı
22 Sentyabr , 2017 20:42
Ukraynanın Hindistandakı səfiri selfi çəkərkən telefonunu oğurlayıblar

Bakı. 22 sentyabr. REPORT.AZ/ Ukraynanın Hindistandakı səfiri İqor Polixi Dehlinin mərkəzində selfi çəkdirərkən naməlum şəxslər onun cib telefonunu oğurlayıblar.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda yerli polis bildirib.

Məlumata görə, hadisə Dehlinin mərkəzində turistlər arasında məşhur olan orta əsrə aid qalaların yerləşdiyi Qırmızı qəsrdə baş verib.

“Selfi edən zaman naməlum şəxslər ona yaxınlaşıb və telefonun əlindən alaraq qaçıblar”, - deyə yerli polis bildirib.

Diplomat polisə oğruları təsvir edib. 

Son xəbərlər

Orphus sistemi