Yuxarı

Uinston Çerçilin bunkeri ziyarətçilərin üzünə açılıb

İngilistərə sakinləri, turistlər uzun illərdən sonra bunkeri görə biləcəklər.

Bakı. 14 aprel. REPORT.AZ/ İkinci Dünya Müharibəsində Britaniya baş nazirinin bunkerinə çevrilmiş London metrosunun "Down Street" stansiyası ilk dəfə ictimaiyyətin üzünə açılıb. 

"Report" xəbər verir ki, Londonun almanlar tərəfindən intensiv bombardman edilən vaxtlarında Meyfer rayonundakı stansiya bunkerə və komanda məntəqəsinə çevrilib. 

İngilistərə sakinləri, habelə bu ölkəyə səfər edən turistlər uzun illərdən sonra ilk dəfə Uinston Çerçilin bunkerini görə biləcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi