Yuxarı

Türkiyədə Qurban bayramında 2,2 tonluq buğa kəsiləcək - FOTO

Müfit Gürses təsərrüfatında daha bir belə buğanın olduğunu söyləyib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Türkiyənin Çorum rayonunun Alaca kənidində 6 il bəslənilən 2 min 207 kiloqramlıq cins buğanı ankaralı iş adamı alıb.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, iş adamı Bülent Bolat "Şahin" adlı bu buğanı Qurban bayramında kəsəcək.

Buğanı Müfit Gürses adlı kəndli bəsləyib. O, təsərrüfatında 1 500 kiloqramlıq "Rokki" adlı daha bir buğanın olduğunu söyləyib: "Onun gələn il Qurban bayramında iki tonu keçəcəyinə inanıram. "Rokki"ni də gələn il satacağıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi