Türkiyədə Qurban bayramında 2,2 tonluq buğa kəsiləcək - FOTO

Türkiyədə Qurban bayramında 2,2 tonluq buğa kəsiləcək - FOTO Müfit Gürses təsərrüfatında daha bir belə buğanın olduğunu söyləyib
Maraqlı
365
7 Sentyabr , 2016 13:14
Türkiyədə Qurban bayramında 2,2 tonluq buğa kəsiləcək - FOTO

Bakı. 7 sentyabr. REPORT.AZ/ Türkiyənin Çorum rayonunun Alaca kənidində 6 il bəslənilən 2 min 207 kiloqramlıq cins buğanı ankaralı iş adamı alıb.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, iş adamı Bülent Bolat "Şahin" adlı bu buğanı Qurban bayramında kəsəcək.

Buğanı Müfit Gürses adlı kəndli bəsləyib. O, təsərrüfatında 1 500 kiloqramlıq "Rokki" adlı daha bir buğanın olduğunu söyləyib: "Onun gələn il Qurban bayramında iki tonu keçəcəyinə inanıram. "Rokki"ni də gələn il satacağıq".

Son xəbərlər

Orphus sistemi