Türkiyə prezidentinin Azərbaycana səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Türkiyə prezidentinin Azərbaycana səfərinin təxirə salınmasının səbəbi açıqlanıb Erkan Özoral: "Bu, Rəcəb Tayyip Ərdoğanın iş qrafikinin sıxlığı ilə bağlıdır"
Maraqlı
30 Avqust , 2017 18:22
Türkiyə prezidentinin Azərbaycana səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Bakı. 30 avqust. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfərinin təxirə salınmasının səbəbi açıqlanıb.

"Report"un məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib ki, Türkiyə prezidentinin Azərbaycana səfərinin təxirə salınması iş qrafikinin sıxlığı ilə bağlıdır.

Diplomat bununla belə detalları açıqlamayıb.

Qeyd edək ki, R.T.Ərdoğanın Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında iştirak etmək üçün Azərbaycana sentybarın 10-11-də gələcəyi planlaşdırılırdı.

Son xəbərlər

Orphus sistemi