Tom Kruz Kiyev metrosunda görünüb - VİDEO

Tom Kruz Kiyev metrosunda görünüb - VİDEO Hollivud aktyoru Tom Kruz Ukraynanın paytaxtı Kiyev şəhərinin metrosundan istifadə edib.
Maraqlı
1 Oktyabr , 2019 04:59
Tom Kruz Kiyev metrosunda görünüb - VİDEO

Hollivud aktyoru Tom Kruz Ukraynanın paytaxtı Kiyev şəhərinin metrosundan istifadə edib.

Bu barədə "Report" "Strana.ua"ya istinadən xəbər verir.

Qeyd edilir ki, sərnişinlər tanınmış aktyoru "Qızıl qapılar" metrostansiyasında görüblər. Tom Kruz stansiyada mühafizəçilərlə peyda olub.

Kinoulduzla foto çəkdirməyə icazə verilməyib. Ancaq sərnişinlər bir neçə foto və video çəkməyə nail ola biliblər.

Sosial şəbəkə istifadəçiləri Kruzun metrostansiyada görünməsindən təəccübləniblər. Bəziləri güman edib ki, o Ukraynaya "Xalqın xidmətçisi" filmində ölkə prezidenti Vladimir Zelenskinin əvəzinə çəkilmək üçün gəlib. Əvvəllər filmdə baş rolu hazırkı dövlət oynayıb.

Son xəbərlər

Orphus sistemi