Yuxarı
    Bağlamaq

    ​Texasda təqaüdçü küçə itləri üçün qatar düzəldib - VİDEO

    Yucin Bostikin sözlərinə görə, qatarla gəzinti itlərin xoşuna gəlir

    Bakı. 11 oktyabr. REPORT.AZ/ ABŞ-ın Fort-Uert şəhərindən (Texas ştatı) olan təqaüdçü Yucin Bostik plastik çəlləklərdən küçə itləri üçün qatar düzəldib.

    "Report" xəbər verir ki, 80 yaşlı kişi bu qatar ilə itləri şəhərdə gəzdirir.

    Bostik "The Dodo" nəşrinə bildirib ki, həftədə bir-iki dəfə gəzinti heyvanların çox xoşuna gəlir.

    O hazırda 9 küçə itinə qayğı göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi