"Terminator-3" filminin aktyoru Kristofer Louford vəfat edib - FOTO

"Terminator-3" filminin aktyoru Kristofer Louford vəfat edib - FOTO Bakı. 6 sentyabr. REPORT.AZ/ Amerikalı aktyor, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu Kristofer Louford vəfat edib.
Maraqlı
6 Sentyabr , 2018 06:20
Terminator-3 filminin aktyoru Kristofer Louford vəfat edib - FOTO

Bakı. 6 sentyabr. REPORT.AZ/ Amerikalı aktyor, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu Kristofer Louford vəfat edib.

Bu barədə "Report" TMZ-a istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, o, 63 yaşında dünyasını dəyişib. Artistin cəsədi yoqa studiyasında aşkarlanıb. Məlumata görə, o, təbii səbəbdən ölüb.

K.Louford bir sıra film və seriallardakı roluna görə məşhurlaşıb. O, "Terminator-3: Maşınların üsyanı", "Cəsur oğlanlar", "Larri Kinqlə canlı efirdə", "Mənim bütün uşaqlarım", "Ümumi profilli xəstəxana" və digər ekran əsərlərində rol alıb.

Bundan əlavə, Louford EXTRA nəşrinin jurnalistləri ilə birlikə çalışıb və kitab yazıb. Onlardan biri bestsellerə çevrilib.  

Son xəbərlər

Orphus sistemi