Şotlandiyalı poçtalyon inək formalı avtomobillə Azərbaycandan keçəcək - FOTO

Şotlandiyalı poçtalyon inək formalı avtomobillə Azərbaycandan keçəcək - FOTO O, avtomobilinin belə xarici görünüşünün sərhədçilərdə təbəssüm yaradacağını və gömrük nəzarətindən keçidini asanlaşdıracağını hesab edir
Maraqlı
14 İyul , 2017 11:53
Şotlandiyalı poçtalyon inək formalı avtomobillə Azərbaycandan keçəcək - FOTO

Bakı. 14 iyul. REPORT.AZ/ Şotlandiyadan olan poçtalyon Monqolustana səfər etməyə hazırlaşır və bu məqsədlə "Ford Fiesta" markalı avtomobilini Haylend inəyi formasına salıb.

"Report" Britaniya KİV-inə istinadən xəbər verir ki, Qrem Donohi 40 yaşı münasibətilə 4 həftəlik səyahətə çıxmağı düşünür.

Marşrut boyu o, 17 ölkədən, o cümlədən Rusiya, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstandan keçmək və səfərini Monqolustanın paytaxtı Ulan-Batorda başa vurmaq niyyətindədir.

Poçtalyon avtomobilinin belə xarici görünüşünün sərhədçilərdə təbəssüm yaradacağını və gömrük nəzarətindən keçidini asanlaşdıracağını hesab edir.

Q.Donohi səyahət üçün hazırlığın heç də asan olmadığını qeyd edib. Xüsusən bütün zəruri vizaları almaq və lazımi peyvəndləri vurmaq çətin olub.

Qeyd edək ki, Q.Donohinin həyat yoldaşı demensiya xəstəliyindən əziyyət çəkir və səfərin məqsədi də bu cür xəstələrin müalicəsi üçün pul toplamaqdır.

Son xəbərlər

Orphus sistemi