Yuxarı

Son 135 ildə müşahidə olunan ən isti il 2015-ci ildə qeydə alınıb

ABŞ-ın şimal-şərqində və ona yaxın olan ərazilərdə qar fırtınasının baş verəcəyi proqnozlaşdırılır

Bakı. 21 yanvar. REPORT.AZ/ Son 135 ildə müşahidə olunan ən isti il 2015-ci ildə qeydə alınıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Amerikanın Milli Okean və Atmosfer İdarəsi (NOAA) ilə birlikdə çalışan ABŞ-ın Milli Kosmik Agentliyi (NASA) yayıb.

Məlumatda bildirilib ki, 2014-cü illə müqayisədə ötən il daha isti il olub. Belə ki, aparılan araşdırmalar zamanı məlum olub ki, keçən ilin 10 ayı 136 il ərzində qeydə alınan ən isti dövr kimi qiymətləndirilib.

NASA-nın Goddard Kosmos Araşdırmaları İnstitutunun direktoru Qavin Şmidt rekord istiliklə bağlı açıqlamasında faktı təsdiqləyib və bunun istixana qazları ilə əlaqəsinin olduğunu deyib.

Agentliyin yaydığı digər məlumatda isə yaxın gələcəkdə ABŞ-ın şimal-şərqində və ona yaxın olan ərazilərdə qar fırtınasının baş verəcəyi proqnozlaşdırılır. Qar fırtınasının Vaşinqton, Filadelfiya, Nyu-York və Nyu-Cersi, o cümlədən təxminən 50 milyon amerikalının yaşadığı bölgədə təsirli olması gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi