Sinqapurda sərnişin təyyarəyə minmədiyinə görə azadlıqdan məhrum ediləcək - FOTO

Sinqapurda sərnişin təyyarəyə minmədiyinə görə azadlıqdan məhrum ediləcək - FOTO Sinqapurda bilet alıb təyyarəyə minməyən sərnişini 2 il azadlıqdan müddətinə məhrumetmə cəzası və 13 min avro cərimə gözləyir.
Maraqlı
3 Sentyabr , 2019 02:58
Sinqapurda sərnişin təyyarəyə minmədiyinə görə azadlıqdan məhrum ediləcək - FOTO

Sinqapurda bilet alıb təyyarəyə minməyən sərnişini 2 il azadlıqdan müddətinə məhrumetmə cəzası və 13 min avro cərimə gözləyir.

"Report" xəbər verir ki, bu barədə "Sun" nəşri yazıb.

Qeyd edilir ki, buna səbəb 27 yaşlı sərnişinin biletdən istifadə etməməsidir. Məlumata görə o, tranzit zonaya düşmək və həyat yoldaşını ötürmək üçün təyyarə bileti alıb. Lakin təyyarəyə əyləşməyib. Buna görə də onu birbaşa tranzit zonada saxlayıblar.

Məlum olub ki, 27 yaşlı gənc yerli qanunları pozub. Qanuna görə, enmə talonu alan şəxs tranzi zonaya yalnız səyahət etmək niyyəti ilə daxil ola bilər.

Yerli polis bununla bağlı "Facebook"da məlumat yayıb. Polis qeyd edib ki, Çanqi hava limanı mühafizə olunan ərazidir. 

Son xəbərlər

Orphus sistemi