Şimali Koreyada avtomobil yolları pullu olacaq

Şimali Koreyada avtomobil yolları pullu olacaq Bakı. 16 yanvar. REPORT.AZ/ Şimali Koreyada yanvarın 20-dən sonra avtomobil yolları pullu olacaq.
Maraqlı
16 Yanvar , 2018 15:23
Şimali Koreyada avtomobil yolları pullu olacaq

Bakı. 16 yanvar. REPORT.AZ/ Şimali Koreyada yanvarın 20-dən sonra avtomobil yolları pullu olacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu məlumat Rusiyanın Şimali Koreyadakı səfirliyinin "Facebook" səhifəsində yayılıb.

İnformasiyaya əsasən, Pxenyan-Vonsan sürətli turist yolu da ödənişli olacaq.

“Bundan sonra yay mövsümündə Şimali Koreyanın paytaxtından Yapon dənizinin şərq sahillərində istirahət etməyi sevənlər öz avtomobilləri üçün iki tərəfə 8 avro ödəməli olacaq”, - deyə səfirlik bildirib.

Son xəbərlər

Orphus sistemi