Şimali Koreya liderlərinin saxta Braziliya pasportu aşkarlanıb

Şimali Koreya liderlərinin saxta Braziliya pasportu aşkarlanıb Onlar bu yolla ölkədən ehtimal olunan təxliyəyə hazırlaşırmışlar
Maraqlı
28 Fevral , 2018 14:05
Şimali Koreya liderlərinin saxta Braziliya pasportu aşkarlanıb

Bakı. 28 fevral. REPORT.AZ/ Şimali Koreyanın indiki lideri Kim Çen In və atası Kim Çen İr 1990-cı illərdə adlarına olan Braziliyanın saxta pasportundan istifadə ediblər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, onlar bu pasportla Yaponiya, Honkonq və Braziliyaya səfər ediblər.

Onlar bu yolla ölkədən ehtimal olunan təxliyəyə hazırlaşırmışlar.

Şimali Koreyanın Braziliyadakı səfirliyi məlumatə şərh verməkdən imtina edib.

Braziliyanın Xarici İşlər Nazirliyi isə informasiyanı yoxlamaq niyyətində olduqlarını bildirib.  

Son xəbərlər

Orphus sistemi