Şimali Koreya liderinin Sinqapurda otel hesabını ödəyəcək tərəf müəyyənləşməyib

Şimali Koreya liderinin Sinqapurda otel hesabını ödəyəcək tərəf müəyyənləşməyib Bakı. 2 iyun. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen Inın Sinqapurda otel hesabını ödəyəcək tərəf, hələ ki, müəyyən edilməyib.
Maraqlı
2 İyun , 2018 10:18
Şimali Koreya liderinin Sinqapurda otel hesabını ödəyəcək tərəf müəyyənləşməyib
0 : 00
0 : 00

Bakı. 2 iyun. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen Inın Sinqapurda otel hesabını ödəyəcək tərəf, hələ ki, müəyyən edilməyib.

“Report” “Washington Post”a istinadən xəbər verir ki, Şimali Koreya liderinin qalacağı mehmanxanada prezident otağının bir gecəsinin qiyməti 6 min dollardır.

Bu hesaba onu müşayiət edəcək nümayəndə heyətinin otel hesabı daxil deyil.

Bundan başqa, Şimali Koreya tərəfi Pxenyandan Sinqapura uçmaq üçün dövlət təyyarəsi də tələb edə bilər.

Məlumata görə, Şimali Koreya xərcləri başqa tərəfin öz üzərinə götürməsini istəyərdi, amma ABŞ bütün xərcləri boynuna götürməyə hazır olsa da, bunu qarşı tərəfə təhqiredici təsir bağışlayacağından ehtiyatlanır. Ona görə də ABŞ Sinqapurla şimali koreyalıların hesabını ödəməsinə dair danışıqlar aparır.

Belə bir təcrübə artıq olub. 2018-ci ildə Cənubi Koreyanın Pxençxne şəhərində keçirilən Qış Olimpiya Oyunlarına gedən Şimali Koreyadan olan nümayəndə heyətinin xərclərini Seul üzərinə götürmüşdü. Həmin vaxt bu, Cənubi Koreyaya 2,6 milyon dollara başa gəlmişdi.

Qeyd edək ki, bu il iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında ilk tarxi görüş keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi