Şifrəli fləş kartlar təqdim olunub

Şifrəli fləş kartlar təqdim olunub Kənar şəxsin qurğudan istifadə etməsinin qarşısı alınır
Maraqlı
9 Fevral , 2015 21:02
Şifrəli fləş kartlar təqdim olunub

Bakı. 9 fevral. REPORT.AZ/ Yaponiyanın “Toshiba” şirkəti Toshiba Encrypted USB Flash Drive fləş-daşıyıcılarının satışa çıxarılması haqqında məlumat verib."Report" xarici mətbuata istinadən xəbər verir ki, Encrypted USB Flash Drive qurğuları adi fləş kartlardan rəqəmli klaviatura ilə təchiz edilməsilə fərqlənir. Fləş-daşıyıcı sahibi rəqəmli klaviatura vasitəsilə xüsusi şifrə daxil edərək, kənar şəxsin qurğudan istifadə etməsinin qarşısını alır. Quraşdırılmış uzunömürlü batareyalar isə fləş kartı USB-konnektora qoşmazdan əvvəl şifrəni daxil etməyə imkan verir.

Əvvəlcədən təyin edilmiş şifrə 10 dəfə yanlış daxil edildiyi halda, daşıyıcıda olan bütün informasiya silinir.

Qeyd edək ki, 4 Gb yaddaşlı fləş kartın dəyəri 60 ABŞ dolları, 32 Gb yaddaşlı qurğunun dəyəri isə 180 ABŞ dolları təşkil edir.

Son xəbərlər

Orphus sistemi