Səudiyyə Ərəbistanının ən varlı şahzadəsi Bodrumda şortla piyada gəzib, onu tanımayıblar

Səudiyyə Ərəbistanının ən varlı şahzadəsi Bodrumda şortla piyada gəzib, onu tanımayıblar Şahzadə yay tətilini ailəsi ilə birlikdə Türkiyənin Muğla əyalətinin Bodrum şəhərində keçirir
Maraqlı
16 Avqust , 2017 10:11
Səudiyyə Ərəbistanının ən varlı şahzadəsi Bodrumda şortla piyada gəzib, onu tanımayıblar

Bakı. 16 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının ən varlı şahzadəsi, vəliəhd Əl-Vəlid bin Tallal bin-Əbdüləziz əl-Səud əlində təsbeh Türkiyənin Bodrum kurort şəhərinin küçələrində 40 mühafizəçisi ilə birlikdə gəzib, ancaq onu heç kim tanımayıb.

“Report” "Haberler"ə istinadən xəbər verir ki, onu Türkiyə hökumətinin müşaviri Taha Gənc müşaiyət edib.

Şahzadə yay tətilini ailəsi ilə birlikdə Türkiyənin Muğla əyalətinin Bodrum şəhərində keçirir.

Məlumata görə, onlar özləri ilə 300 çemadan və 30 velosiped gətiriblər. Şahzadə Bodrumdakı kafelərdən birini 2 saata yaxın bağlatdıraraq, ailəsi və yaxın dostları ilə birlikdə yemək yeyib, söhbət edib.

Qeyd edək ki, Tallal bin-Əbdüləziz əl-Səud 1955-ci il martın 7-də Ər-Riyadda doğulub.O, indiki kral Salmanın qardaşı oğuldur. Tallal Əbdüləziz əl-Səud beynəlxalq səviyyəli iş adamı kimi daha çox tanınır. Məlumata görə, onun 32 milyard dollarlıq sərvəti var. Şahzadə dünyanın ən zəngin adamları siyahısınıda ilk 20-yə daxildir. 

Son xəbərlər

Orphus sistemi