Səudiyyə Ərəbistanında qadınlara restoranlarda işləməyə icazə verilib

Səudiyyə Ərəbistanında qadınlara restoranlarda işləməyə icazə verilib İlkin mərhələdə qadınlar 16 restoranda sınaq müddətinə işə götürüləcəklər
Maraqlı
1 Fevral , 2018 17:17
Səudiyyə Ərəbistanında qadınlara restoranlarda işləməyə icazə verilib
AP

Bakı. 1 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanında qadınlar tezliklə ictimai iaşə sektorunda işləməyə başlayacaqlar.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ilkin mərhələdə qadınlar 16 restoranda sınaq müddətinə işə götürüləcəklər.

Bununla yanaşı, restoran sahibləri ilə qadınların bu sahədə işlə təminatı strategiyasının müzakirə ediləcəyi xüsusi məşvərət şurası yaradılacaq.

Qeyd olunur ki, hazırda qadınlar arasında işsizlik səviyyəsi 33%, ümumilikdə, Krallıqda isə 12% təşkil edir.

Son xəbərlər

Orphus sistemi