Səudiyyə Ərəbistanında qadınlara ilk dəfə avtomobil sürməyə icazə verilib - FOTO

Səudiyyə Ərəbistanında qadınlara ilk dəfə avtomobil sürməyə icazə verilib - FOTO Bakı. 24 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanında qadınlara ilk dəfə avtomobil sürməyə icazə verilib.
Maraqlı
24 İyun , 2018 02:48
Səudiyyə Ərəbistanında qadınlara ilk dəfə avtomobil sürməyə icazə verilib - FOTO

Bakı. 24 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanında qadınlara ilk dəfə avtomobil sürməyə icazə verilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, səudiyyəli qadınlar ölkə tarixində ilk dəfə sükan arxasına əyləşiblər.

Məlumata görə, bu, kralın müvafiq icazəsindən sonra baş verib. Qeyd edilir ki, küçələrə ilk dəqiqələrdən nəqliyyat vasitələrini idarə edən minlərlə qadın çıxıb.

Səudiyyə Ərəbistanı yeganə ölkə idi ki, qadınlar nəqliyyat vasitələrini idarə edə bilməzdilər. Bu qadağanı ləğv edən fərman iyunun 24-dən qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi