Yuxarı
    Bağlamaq

    Rusiyada təqaüdçü qadının mədəsindən 150-dən çox metal əşya çıxarılıb

    Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının Buryatiya Respublikasında həkimlər 74 yaşlı təqaüdçü qadının mədəsindən 150-dən çox metal əşya - mismar, qayka, bolt, vint armatur parçaları, eləcə də gümüş boyunbağı çıxarıb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu əşyaları qadının mədəsində olmasını ilk olaraq qastroskopiya proseduru aparan həkim aşkar edib.

    Endoskopun köməyi ilə dörd mismarl xaric etmək mümkün olub, bundan sonra cərraha müraciət olunub. Əməliyyat nəticəsində bütün metal əşyalar mədədən xaric edilib. Mədə divarları xəsarət almadığından pasientin həyati təhlükəsi yoxdur.

    Onu artıq reanimasiya şöbəsinə köçürüblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi